"Beşiktaş"dan ayrılan Kevin NKudu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Bizim.Media xəbər verir ki, kamerunlu hücumçu "Damaç"la razılaşıb.
Klub 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacağını açıqlayb.
Qeyd edək ki, Kevin karyerası ərzində "Nant", "Marsel", "Tottenhem", "Monako"da da çıxış edib. O,2019-2023-cü illərdə "Beşiktaş"da oynayıb.
Bizim.Media