Türkiyə millisinin sabiq üzvü Umut Bulutun yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 40 yaşlı hücumçu karyerasını 2-ci Liqa təmsilçisi "Sarıyer"də davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Təcrübəli forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində "Ankaragücü", "İnegölspor", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor", "Yeni Malatyaspor" çıxış edən Umut Bulutub son klubu "Eyüpspor" olub.
Bizim.Media