Son Hın Min "Tottenhem"in yeni kapitanı təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Qapıçı Uqo Lloris London klubundan tezliklə gedəcəyi üçün, eyni zamanda Harri Keynin "Bavariya"ya keçidi açıqlandıqdan sonra bu qərar verilib. Baş məşqçi Ange Postekoqlu kapitan sarğısının cənubi koreyalı oyunçunun taxmasını istəyib.
"Tottenhem"in vitse-kapitanları müdafiəçi Kristian Romero və yarımmüdafiəçi Ceyms Maddison olacaq .
Bizim.Media