"Marsel"in futbolçusu Cengiz Ünder karyerasını "Fənərbaxça"da davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
Klub bu transferlə bağlı "Marsel"lə razılığa gəldiyini açıqlayıb. Türkiyə millisinin yarımmüdafiəçisi bu gecə İstanbula gedəcək. O, tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, C.Ünder 2021-ci ildən Fransa klubunda oynayırdı.
Bizim.Media