"Mançester Yunayted"in sabiq qapıçısı David De Xea bu yay "Real"a keçməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.
Madrid klubunun baş məşqçisi Karlo Ançelotti ispan qolkiperin transferinə veto qoyub. Bildirilib ki, futbolçunun çıxışı mütəxəssisi heyran etmir.
Xatırladaq ki, "Real"ın əsas qapıçısı Tibo Kurtua çarpaz bağlarından zədə alıb və bu səbəbdən növbəti mövsümü buraxa bilər.
Madrid klubu Yassin Bunu ("Sevilya"), Kepa Arrizabalaqa ("Çelsi") və ya Keylor Navası (PSJ) transfer etmək variantını nəzərdən keçirir.
Bizim.Media