"Mançester Yunayted"in futbolçusu Fred karyerasını "Fənərbaxça"da davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə olunduğu bildirilib. Futbolçu sabah tibbi müayinədən keçmək üçün Türkiyəyə gedəcək.
Qeyd edək ki, Fred 2018-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. O, klubda 213 oyunda 14 qol vurub və 19 qolun ötürməsini verib.
Bizim.Media