"Napoli" heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
A seriyası təmsilçisi "Reyms"in yarımmüdafiəçisi Yens Kayusteni transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb. "Napoli" bu futbolçu üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kayuste keçən yay "Midtyulland"dan "Reyms"ə keçib. 2022/2023 mövsümündə o, bütün turnirlərdə 33 oyunda 4 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media