"Lids"in yarımmüdafiəçisi və ABŞ millisinin kapitanı Tayler Adams karyerasını "Çelsi"də davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bubarədə insader Fabrizio Romano məlumat yayıb. London təmsilçisi artıq 24 yaşlı futbolçu ilə razılığa gəlib.
Klub bu keçidə görə qarşı tərəfə 23 milyon avro ödəyəcək. Qeyd olunur ki, Tayler artıq tibbi müayinədən keçib.
2022/2023 mövsümündə Adams "Lids"in heyətində bütün yarışlarda 28 oyunda iştirak edib, lakin fərqlənməyib.
Bizim.Media