“Qarabağ” ötən mövsüm heyətinə qatdığı legionerlərdən birini satmaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət fransalı futbolçu Adama Diakabidən gedir.
Gəldiyi gündən bəri özünü heç cür göstərə bilməyən və tez-tez zədələnən yarımmüdafiəçi üçün hansısa bir təklif gələrsə, Ağdam klubu bundan yararlanacaq. Əgər transfer dövrünün sonuna qədər fransalı klub tapa bilməsə, o zaman onunla müqavilənin qarşılıqlı olaraq ləğvi ilə bağlı danışıqlar aparılacaq.
Qeyd edək ki, Adama Diakabinin “Qarabağ”la 2025-ci ilə qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media