Azərbaycan Belarusda keçirilən 2-ci MDB Oyunlarında növbəti qızıl medalını qazanıb.
Bizim.Media xəbər verir ki, bu uğura ağır atletimiz Dadaş Dadaşbəyli layiq görülüb.
100 kq-da çıxış edənDadaş Dadaşbəyli möhtəşəm çıxış edib. O, toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün mübarizəyə qoşulan Əli Şükürlü isə toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media