Murad Musayev təsdiqlədi: “Mikels “Sabah”dan gedir”

“Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Serbiya “Partizan”ına qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandamızı çox çətin və maraqlı oyun gözləyir. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq. Bu cür matçlar üçün ailəmizdən kənarda qalırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Güclü olan qazansın”.  

“Partizan”ın mənfi və müsbət cəhətlərindən söz açan Musayev rəqibin hücum xəttini xüsusi vurğulayıb:

“Güclü tərəflərindən biri sürətli hücuma keçməsidir. Fərdi olaraq yaxşı çıxış edirlər. Bir-birilərini gözəl başa düşürlər. Zəif cəhətləri haqqında danışmaq düzgün olmazdı”.  

Təcrübəli baş məşqçi bu yay “Neftçi”ni Belqrad təmsilçisinə dəyişən Mateus Saldanyanın yeni komandasına yaxşı uyğunlaşdığını söyləyib:

“Qollar vurur. Onu tanıyırıq. Amma “Partizan” bir oyunçudan ibarət deyil”.  

Musayev deyib ki, “Sabah” komanda işi, aqressiv oyun və özünə inam sayəsində mərhələni keçə bilər:

“Ehtiyatlı olmalıyıq, “Partizan”ın gücünü bilirik. Lakin özümüzə ianırıq”.  

Baş məşqçi sərfəli təklif aldığı üçün komandadan ayrılmağa hazırlaşan Coy Lens Mikels barədə də danışıb:

“Mikels sabah oynamaq istəmir, getməyi düşünür. Mövsümün əvvəlində belə halların olması çox pisdir. Bunlar mövsümün ortasında olsaydı, nələrsə edə bilərdik. Şayiələri müzakirə etmək istəmirəm.

Hadisələrə müsbət təsir etməyə çalışdım, amma maliyyə məsələləri mənim səlahiyyətimdə deyil. Müqaviləsində bənd var ki, müəyyən məbləğ qarşılığında sərbəst qala bilər. Lakin hələ bu məbləğ hesaba köçməyib. Bütün diqqətim “Partizan”la oyundadır”.  
Sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Partizan” oyununa saat 20:00-da start veriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona"nın baş məşqçisi futbolçularına XƏBƏRDARLIQ ETDİ

"Barselona"nın baş məşqçisi futbolçularına XƏBƏRDARLIQ ETDİ

Su qaynadıqdan neçə dəqiqə sonra yumurta hazır olur?

Su qaynadıqdan neçə dəqiqə sonra yumurta hazır olur?

ABŞ qoşunları İraqdakı aviabazanı TƏRK EDİB

ABŞ qoşunları İraqdakı aviabazanı TƏRK EDİB

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

"Hamı deyir ki, bu nə iydir sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə - VİDEO

"Hamı deyir ki, bu nə iydir sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə - VİDEO

Arteta "Real"ın baş məşqçisi OLA BİLƏR

Arteta "Real"ın baş məşqçisi OLA BİLƏR

Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

İrandakı hadisələr Azərbaycanda farel balıqların qiymətini BAHALAŞDIRDI - VİDEO

İrandakı hadisələr Azərbaycanda farel balıqların qiymətini BAHALAŞDIRDI - VİDEO

Xamenei: "Xalqın dolanışığı çətindir"

Xamenei: "Xalqın dolanışığı çətindir"

“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi

“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi

İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO

İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO

Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

Azərbaycanlı aktyorun TOYU OLDU - VİDEO

Azərbaycanlı aktyorun TOYU OLDU - VİDEO

Türkiyə balı dünyanın ƏN BAHALI MƏHSULU seçildi

Türkiyə balı dünyanın ƏN BAHALI MƏHSULU seçildi

Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz - VİDEO

Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz - VİDEO

“Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər

“Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər

Rusiya ordusu Xarkova hava zərbələri endirdi - VİDEO

Rusiya ordusu Xarkova hava zərbələri endirdi - VİDEO

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir? - VİDEO

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir? - VİDEO

Suriya ordusu 2 aeroportu ələ keçirdi

Suriya ordusu 2 aeroportu ələ keçirdi

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Tramp Xamenei HAQDA: “Bu adam xəstədir”

Tramp Xamenei HAQDA: “Bu adam xəstədir”

Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı - VİDEO

Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı - VİDEO

Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi

Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi

End of content

No more pages to load

RADİO