“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, komanda moldovalı qapıçı Kristian Avram ilə anlaşıb.
Avram qarşıdakı 1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq.
193 sm boya malik olan və Moldova millisinin də üzvü olan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrocub” olub. Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo-Auto”, “Daçia” komandalarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media