İngiltərənin "Tottenhem" klubu hücum xəttini gücləndirib.
Bizim.Media xəbər verir ki, London təmsilçisi Argentinanın "Rosario Sentral" klubundan Alexo Velisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Tottenhem" 19 yaşlı hücumçu üçün 15 milyon avro təzminat ödəyib. Gənc forvardla 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alexo Velis "Rosario Sentral"ın heyətində ümumilikdə 62 rəsmi matçda 19 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizim.Media