Fransa millisinin sabiq üzvü Elyakim Manqala 1 illik fasilədən sonra özünə klub tapıb.
Bizim.Media xəbər verir ki, 32 yşlı müdafiəçi Portuqaliyanın "Eştoril" klubu ilə 1 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən ilin yayında “Sent-Etyen”i azad agent kimi tərk edən Manqala 1 ildir klubsuz idi. Bundan əvvəl o, “Everton”, “Mançester Siti”, “Valensiya”, “Porto” və “Standard” klublarında da çıxış edib.
Qeyd edək ki, Elyakim Manqala 2013-2016-cı illərdə Fransa yığmasında oynayıb.
Bizim.Media