Təşkilati işlərlə əlaqədar olaraq Misli Premyer Liqasının 2-ci turunun 12 avqust tarixinə təyin olunmuş oyunlarının başlanma vaxtları dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, "Araz Naxçıvan" - "Qəbələ" oyunu 18:30, "Zirə" - "Kəpəz" görüşü isə 21:00-da başlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media