“Neftçi” yeni hücumçu almağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi nigeriyalı forvard Aaaron Olanare ilə müqavilə bağlayacaq.
Artıq tərəflər arasındakı danışıqlar demək olar ki, yekunlaşıb. Bakıya gələn 29 yaşlı hücumçu ilə müqavilənin imzalanması an məsələsidir.
Qeyd edək ki, Olanarenin sonuncu klubu Türkiyənin “Ərzurumspor” komandası olub. O, əvvəllər Rusiyanın SSKA, Norveçin “Valerenqa”, Çinin “Quançjou” və İsrailin “Beytar” klublarında da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media