"İnter" heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Milan təmsilçisi "Bavariya"dan qapıçı Yan Sommeri transfer edib. 34 yaşlı qolkiper ilə 3 illik müqavilə imzalanıb.
Daha əvvəl "İnter"in keçidə görə Münhen klubuna 6 milyon avro ödəyəcəyi bildirilirdi.
Qeyd edək ki, Yan 2022/23 mövsümünün ortalarında "Bavariya"ya keçib və Bundesliqada 19 oyuna çıxıb.
Bizim.Media