“Sabah”ın futbolçusu Coy-Lens Mikelsin klubdan ayrıldığı ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı klub açıqlama verib.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov futbolçunun hələ qəti qərar vermədiyini deyib:
“Mikelsin təklifi var, amma hələ hər hansı bir qərar verməyib. Hazırda o, komandadır”.
Qeyd edək ki, Coy-Lens Mikels 2021-ci ilin yayından “Sabah”da çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media