“Kəpəz”in yeni mövsüm üçün oyun formalarını təqdim edilib.
Bizim.Media xəbər verir ki, geyimlər ənənəvi olaraq klubun rənglərinə uyğun – sarı və göy rəngdən ibarətdir. Formaların üzərində loqo, həmçinin futbolçuların ad və ya soyadı əks olunub.
Bundan əlavə bu mövsümdən “Kəpəz”ə tibbi dəstək verən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının da adı və loqosu formaların üzərində qeyd edilib.
Geyimlər İspaniyanın tanınmış “Joma” firmasının istehsalıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media