Gəncədə Futbol Akademiyasına rəhbər təyinatı olub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı Kəpəz Peşəkar Futbol Klubunun mətbuat xidmətindən verilib.
Məlumata görə, təhsil müəssisəsinin direktoru vəzifəsi Cabir İbrahimova həvalə olunub.
İbrahimov əvvəllər Gəncə şəhər stadionunun direktoru və klubun icraçı direktoru vəzifələrində çalışıb. Bu təyinat klubun rəhbərliyi tərəfindən reallaşdırılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu