“Kəpəz”dən ayrılan Bəxtiyar Həsənalızadə Türkiyənin "Tuzlaspor" klubun transfer olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Qol.az-a Azərbaycan millisinin üzvünün özü məlumat verib. O, yeni klubu ilə 2 illik müqavilə imzaladığını bildirib.
Qeyd edək ki, "Tuzlaspor" Türkiyə 1-ci liqasında mübarizə aparır.
Xatırladaq ki, B.Həsənalızadə iyulun 25-i "Kəpəz"ə keçmişdi.Onunla klub arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya dünən qarşılıqlı razılıq əsasında xitam verilmişdi.
Bizim.Media