“Neftçi”nin prezidenti Fərrux Mahmudov komandasının “Beşiktaş”la qarşılaşmasının 8-ci kilometr stadionunda oynanılacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu qərarı çoxsaylı azarkeş müraciətlərinə görə verdiklərini bildirib.Klub rəhbəri bu barədə sosial şəbəkədə paylaşım edib:
“Bugündən etibarən arenamızın adı nə “Bakcell Arena”, nə də “8-ci kilometr Arena” adlanacaq. Arenamızın adı “Neftçi Arena” oldu. Yaxın zamanlarda bütün fasad reklamları dəyişəcək”.
Qeyd edək ki, “Neftçi”-“Beşiktaş” matçı avqustub 10-da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media