Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında FİNAL – FOTO  

Avqustun 1-də çimərlik voleybolu üzrə Azərbaycan çempionatına (II mərhələ) yekun vurulub.

Bizim.Media xəbər verir ki, iyulun 29-da start götürən turnirin son günündə yarımfinal və final oyunları keçirilib. 

Qadınların finalında "Azərreyl" (Fidan Əhmədxanova-Larisa Smeltsova) və "Azərreyl-1" (Lizi Latsabidze-Nərmin Musayeva) komandaları üz-üzə gəliblər. Maraqlı keçən görüşdə Fidan Əhmədxanova-Larisa Smeltsov cütü 2:0 hesabı ilə qələbə qazanaraq çempion olub. Bürünc medala isə "Xarıbülbül" (Seyidxanım Rüstəmova-Əfsanə Həsənova) komandasını məğlub edən "Azərreyl-3" (Aytac Bayramlı-Ayşə Hüseynova) sahib çıxıb. 

Kişilərin həlledici qarşılaşması “Neftçi-1” (Vüqar Bayramov-Ülvü Rəcəbli) və “Neftçi-2” (Vadim Kutukov-Heydər Məmmədli) komandaları arasında baş tutub. Bu matçda 2:0 hesabı ilə qalib gələn "Neftçi-1" yarışın qızıl medallarını qazanıb. “Neftçi” (Tural Həsənli-Cavid Süleymanov) komandasına qalib gələn “Azərrey” (Elmin Alışanov-Asif Əliyev) isə çempionatda üçüncü yeri tutub. 
Su İdmanı Sarayında təşkil olunan oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal və diplomları federasiyanın baş katibi Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.  

Qeyd edək ki, 15 yaşlı və 15 yaşdan yuxarı idmançıların iştirak etdiyi yarışın reqlamentinə uyğun olaraq kişilərin yarışına 16 komanda təsnifat mərhələsindən başlayıb. Bunlardan ən güclü 8 cüt əsas mərhələyə yüksəlib. Reytinqi yüksək olan digər 8 komanda isə əsas mərhələdən birinciliyə qoşulub. Qadınların mübarizəsində isə 15 komanda birbaşa əsas mərhələdə çıxış edib. 

Birinciliyin əsas mərhələsində 15 qadın və 16 kişi cütü iştirak edib və oyunlar olimpiya sistemi ilə keçirilib. 

Xatırladaq ki, ölkə çempionatının I mərhələsi 24-27 iyun tarixlərində baş tutub. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

End of content

No more pages to load

RADİO