"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, London təmsilçisi "Renn"dən Lesli Uqoçukvunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" 19 yaşlı yarımmüdafiəçi üçün Fransa klubuna 27 milyon avro təzminat ödəyib. Fransalı oyunçu Premyer Liqa təmsilçisi ilə 7 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Lesli Uqoçukvu "Renn"in yetirməsidir. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol ötürməsi edib.
Bizim.Media