Avqustun 3-də keçiriləcək “Omoniya”-“Qəbələ” oyununu yayımlayacaq kanal bəlli olub.
Bizim.Media xəbər verir ki, Nikosiya şəhərində keçiriləcək qarşılaşma İdman TV ilə canlı yayımlanacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21-00-da başlayacaq.
Bu komandalar arasında Qəbələdə keçirilən ilk oyunda “Omoniya” 3-2 hesabı ilə qalib gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media