“Rakuv”un baş məşqçisi: “Bakıya qələbə qazanmaq məqsədi ilə gəlmişik”

Polşanın "Rakuv" klubu Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonaöı olacaq.  

Bizim.Media xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Çestohova təmsilçisinin baş məşqçisi David Şvarqa jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün burada olmağımıza şadıq. İki eyni gücə malik komandanın qarşıdurmasıdır. Hər iki komanda özünəməxsus oyun stilinə malikdir. İlk matçda rəqibi daha yaxından tanıdıq.

"Qarabağ"ın potensialını bilirik. Yetərincə hazırlaşmışıq və sabah "Rakuv"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik. 

- Sabahkı ilk oyundakı üstünlüyü qoruyub-saxlamağa çalışacaqsız, yoxsa qələbə qazanmaq istəyirsiz?  

- Əlbəttə ki, Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır. Təbii ki, diqqətimizdədir ki, bir top fərqi ilə qalib gəlmişik. Amma sabahkı matçda qələbə qazanmağa çalışacağıq.  

- Penaltilər seriyasına hazırlaşmısız? 

- Çempionlar Liqasındakı bütün mərhələlərdə penaltilərə də hazırlaşırıq. Sabahkı oyunun gedişatı bunu göstərəcək. Biz ümumiyyətlə bu cür matçlara kompleksli yanaşırıq. Təbii ki, penaltilərə də hazırlaşırıq. Qapıçımızdan, onun qapını necə qorumasından çox şey asılıdır.  

- İlk oyundan sonra demisiz ki, "üzümü turşudub "Qarabağ"a tərəf baxırdım ki, onları qorxudum". Qorxuda bilmisiz?  

- Bu, mənim sifətimdir. Mən heç kimi qorxutmağa çalışmamışdım.  

- İlk oyunda "Qarabağ"ın qapıçısının buraxılan üç qolda da səhvi var idi. Bu, sizə psixiloji olaraq üstünlük qazandırır ki, Şahruddin yenə də səhv etsin? 

- Bu, bizimlə əlaqəli deyil. Bizim üçün problem deyil. İstənilən halda, oyuna hazırlaşırıq. Əlbəttə ki, hər bir matça hazırlaşanda rəqibin zəif nöqtələrini özümüz üçün qeyd edirik. Amma yenə də, diqqətimizi buna yox, öz oyunumuza yönəldirik. 

- Ötən mövsüm "Qarabağ" "Lex"ə səfərdə uduzsa da, Bakıda rəqibini böyük hesabla udmuşdu. Bu hal sizi nə qədər narahat edir?  

- "Qarabağ"ın digər oyunlarını da analiz etmişik. Keçənilki matçı da təhlil etdik. "Lex"in keçən ildəki vəziyyətinə də diqqət yetirmək lazımdır. "Lex" və "Rakuv" tam fərqli gücə, oyun stilinə malikdirlər. Sabah bu məsələ bizim oyunumuza təsir göstərməyəcək. 

- Siz dərin təhlillərdən sonra daha çox nəyə diqqət yetirirsiz? Komanda üzvlərinin fiziki durumu nə yerdədir? 

- "Qarabağ"la matçdan əvvəl bu təhlilləri açıqlamaq düzgün olmazdı. Oyun sabah olacaq. Analizlərimi burada açıqlayıb, məlumat vermək istəməzdim. Biz hər gün hazırlaşırıq. Düşünmürəm ki, fiziki cəhətdən oynamayacaq durumda olaq. Heç bir problem olmamalıdır.  

- Sabahkı matçda nəyə hazırsınız və hansı məqamlarda daha çox şübhələr yaranır. Nəyə çox əmin deyilsiz?  

- Komandada dəyişikliklər haqda bundan öncə də fikirləşib qərara gəlmişik. Bir soyad var ki, onun haqda bu axşam düşünəcəyik.  

- Bu oyunda daha çox təzyiq hiss olunur? 

- Keçən il "Slaviya" ilə oyun da belə olmuşdu. Bu cür çətin matçları artıq oynamışıq. Bilirik ki, belə oyunlar necə alınır. Təzyiqə də hazırıq. Ona görə sabahkı matçda hər şey bəlli olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO