Qurban Qurbanov: “Şahruddinin sabah oynamaq şansı çoxdur”

"Bizim üçün vacib qarşılaşmadır. Çox intizamlı rəqibə qarşı oynayacağıq. Üstünlük bir az rəqib tərəfdədir. Amma matça pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıyırıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Polşa çempionuna qarşı bir an belə oyundan qopmaq olmaz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Polşa “Rakov”una qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 

Mütəxəssis futbolçularının matça məsuliyyətlə hazırlaşdıqlarını qeyd edib:

“Rəqibi analiz etmişik. Futbolçularla söhbətimiz olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini sərgiləyək. Buna ehtiyac var. Hər bir futbolçu oyuna məsuliyyətli hazırlaşıb”. 

“Qarabağ”ın çalışdırıcısı Şahruddin Məhəmmədəliyevin buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilməsindən xəbərdar olduğunu deyib. O, qapıçının sabah meydana çıxmaq şansının yüksək olduğunu söyləyib: 

“Yazılanlardan məlumatım var. Amma bu, kollektiv oyundur. Start heyət sabah bilinəcək. Şahruddinin oynamaq şansı çoxdur. Fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Biz oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir futbolçumuz çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız”.  

Təcrübəli mütəxəssis ilk görüşdən sonra rəqibi daha yaxşı tanıdıqlarını bildirib:

“Nə düşünürdüksə, onları da gördük. Hətta komandanın ciddi, daha da yaxşı səviyyədə olduğunu gördük. Bakıdakı oyunda Polşadakı matçdan tam fərqli olmalıyıq. Xüsusən də, bir saniyə belə oyundan qopmalı deyilik.  

Bizim hamımız üçün maraqlı rəqibdir. “Rakov”a hörmətlə yanaşırıq. Hər bir komanda ilə təkcə öz oyun üslubu yox, klubun iş prinsipi ilə yaxından maraqlanıram. Qısa müddətdə uğurlara imza atıblar, ildən-ilə keyfiyyətli iş qurub, nəticələr əldə ediblər.

Ötən mövsüm çempion olublar. Bu komandanın tam ciddi olduğunu daha da anladım. Polşada da demişdim ki, "Rakov"a simpatiyam oyandı.  

Rəqib oynadığı sistemi, fəlsəfəni çox yaxşı yerinə yetirir. Hamı düşünür ki, bu sistemdə oynayanlar müdafiəyə önəm verir. Qətiyyən belə deyil. "Rakov"a uğurlar arzulayıram. Bu, idmandır. Amma sabah Polşadadakından daha ciddi olmalıyıq. Olacağıq da”.  

“Qarabağ”ın çalışdırıcısı "Rakov"un sabiq baş məşqçisi Marek Papşun mərhələ adlamaq şanslarının yüksək olması barədə səsləndirdiyi fikrə belə münasibət bildirib:  

“Bu komandanın sistemində yaxşı iş qurulub. Bu gün görünən budur ki, "Rakov" elə formalaşıb ki, hansısa məşqçi getsə də, iş prinsipləri, sistemləri qalacaq. Sadəcə onu icra edənlər, hansı səviyyədə edəcək, fərqli sualdır. Onlara qarşı qışda da yoldaşlıq görüşü oynamışdıq. Deməmişdim ki, dəyişiklik var. Əksinə, indi komandada inam var, daha yaxşı bir-birinə inanırlar. Təcrübələri də artıb.  

Baş məşqçisi futbolun içində böyüyüb, yaşı çox deyil, amma işində məsuliyyətlidir, işlərini yaxşı icra edir. "Rakov" təkcə müdafiədə yox, hər yerdə yaxşı müdafiə oluna bilir. Desəm ki, zəif tərəfləri var, düzgün çıxmaz. Bu komandaya qol vurmaq üçün daha aktiv olmalıyıq. Çünki çox yaxşı müdafiə bacarığı və hücum potensialı olan komandadır”.  

Qurban Qurbanov Juninyonun sabah meydana çıxmaq şansının olduğunu deyib:

“Juninyonun vəziyyəti normaldır. Bu həftə komanda ilə məşqlərdə iştirak edib”.  

Təcrübəli məşqçi qeyd edib ki, uğur qazanmaq üçün sabah komandası bir an belə konsentrasiyanı itirməməlidir:

“Əgər qalib gəlmək istəyirsənsə, öz oyununu oynamaq istəyirsənsə, rəqibə imkan verməməlisən. İlk növbədə "Rakov"a imkan verməməliyik ki, oyunlarını qursunlar.  

Digər tərəfdən oyunçularım fərdi ustalığı ola bilər ki, yaxşı nəticə əldə etmək üçün vacib olsun. Amma hər bir halda, öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik.

Çünki bu günə qədər əldə olunan nəticələr bu prinsiplərə görə olub. Amma 90 dəqiqə və ya artıq biz oyundan çıxmalı deyilik. Futbolçularımın bütün konsentrasiyası oyuna olmalıdır”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO