"Zirə" yeni futbolçu ilə anlaşıb.
Bizim.Media xəbər verir ki, sözügedən klub Pyer Zeblini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media