"Kəpəz" Elnur Cəfərovla müqaviləni yeniləyib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cinah yarımmüdafiəçisi daha 2 il (1+1) "Kəpəz"in şərəfini qoruyacaq.
Futbolçu ötən mövsüm qışdan sonra "Kəpəz-2"də oynamışdı. Bundan əvvəl Cəfərov "Xəzər Lənkəran", "Tondela", "Duqopolye", "Neftçi", "Keşlə"(indiki "Şamaxı"), "Sumqayıt", "Qaradağ Lökbatan" klublarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media