Çilinin “Kolo-Kolo” komandasının futbolçusu Xordi Tompsonun “Neftçi”yə mümkün transferinin detalları bəlli olub.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” 19 yaşlı fuhücumçunu bu mövsüm icarəyə götürmək istəyir.
Bakı klubu mövsümün sonunda isə 1.8 milyon avro təzminatla gənc forvarda birdəfəlik transfer etmək niyyətindədir. Lakin Tompsonun “Neftçi”yə keçidi elə də asan başa gəlməyəcək. Çünki onun xidmətində “Bernli” və “Tvente” də maraqlıdır.
Qeyd edək ki, Çilinin gənclər yığmasının da üzvü olan Xordi Tompson ötən mövsüm “Kolo-Kolo”nun heyətində 16 oyuna 5 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media