Azərbaycan cüdoçuları Çenduda (Çin) keçirilən Ümumdünya Universiadasında medal qazanmağa davam edir.
Bizim.Media xəbər verir ki, bu gün 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev gümüş medala sahib olub.
O, İspaniya, İtaliya və Monqolustandan olan rəqiblərini məğlub etsə də, finalda yapona uduzub.
Bu, Azərbaycanın Universiadada üçüncü medalıdır. İlk iki medalı da cüdoçular qazanıb. Dünən Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medalçılar olub.

Bizim.Media