Bakıda gənclər arasında basketbol üzrə Avropa çempionatının (U-18) C divizionunun oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan yığması A qrupunda ilk oyununu dünən Maltaya qarşı keçirib.
Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv rəqibinə 73:54 hesabı ilə qalib gəlib. Millimiz növbəti görüşünü iyulun 31-də Kiprə, avqustun 3-də isə Moldovaya qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media