29 iyul Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları start götürüb.
Bizim.Media xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ilk oyununda Malta yığması ilə üz-üzə gəlib.
Qarşılaşmaya üstün başlayan U-18 yığmamız, gərgin oyunun yekununda Malta yığmasına 73-54 hesabı ilə qalib gəlib.
U-18 millimizin qrupdakı növbəti rəqibi Cənubi Kipr seçməsi olacaq.
Oyun 31 iyul Bakı vaxtı ilə saat 20:00 -da baş tutacaq və CBC Sport telekanalı vasitəsilə canlı olaraq yayımlanacaq.




Rəşad Rafiqoğlu, Bizim.Media