Yaponiyada təlim-məşq toplanışında olan "Bavariya" yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, Münhen təmsilçisi Yaponiyanın "Kavasaki" klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 58-ci dəqiqədə Yosip Stanişiç vurub.
Növbəti yoxlama oyununda “Bavariya” avqustun 2-də “Liverpul”la qarşılaşacaq.
Bizim.Media