“Mançester Siti”nin futbolçusu Riyad Mahrez klubunu dəyişib.
Bizim.Media xəbər verir ki, əlcəzairli vinqer karyerasını “Əl Əhli” klubunda davam etdirəcək.
Məlumata görə, Riyad Səudiyyə Ərəbistanı təmsilçisində ilinə 30 milyon avro qazanacaq.
Qeyd edək ki, Mahrez 2018-ci ildən “Mançester Siti”də çıxış edirdi. O, son mövsüm ərzində 47 oyunda iştirak edib, 15 qol vurub və 13 məhsuldar ötürmə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media