"Zirə" Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyənin "Kocaelispor" klubu ilə qarşılaşacaq.
I Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Sadıqov futbolçu karyerası dövründə Türkiyədə legioner həyatı yaşayarkən "Kocaelispor"da da çıxış edib.
Qeyd edək ki, “Zirə” daha əvvəl Türkiyə “Fatih Karagümrük”ü ilə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə qollu (1:1) heç-heçə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media