UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın "La Stampa" nəşri məlumat yayıb.
Maliyyə qaydalarını pozan Turin klubunun əvəzinə Konfrans Liqasında ötən mövsüm İtaliya A seriyasını 8-ci pillədə başa vuran "Fiorentina"nın əvəzləyəcəyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm 10 xalı silinən "Yuventus" A seriyasını 7-ci pillədə başa vurub. Komanda Konfrans Liqasının qrup mərhələsində iştirak etməli idi.
Rəşad Rafiqoğlu, Bizim.Media