“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin zədəsi ciddi deyil.
Bizim.Media xəbər verir ki, müdafiəçi növbəti matçda meydana çıxa biləcək.
Dünən Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv”la Polşadakı ilk matçında zədələnən Elvin məşqlərdən kənar qalmayacaq.
“Qarabağ”ın cinah oyunçusu 70-ci dəqiqədə əvəzlənsə də, növbəti görüşdə oynaması üçün problem yoxdur.
Rəşad Rafiqoğlu, Bizim.Media