Bu gün “Sumqayıt” Türkiyə toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, “kimyaçılar” “Ərzurumspor” klubu ilə qarşılaşıb.
“Sumqayıt” bu matçda rəqibinə 3:4 uduzub. Komandanın hər üç qolunu yeni transfer Erik Sorqa vurub.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv bundan əvvəl “Sivasspor”a 0:1 uduzmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media