"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi "Neftçi"dən Xəyal Nəcəfovu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi 2024-cü ilin yayına qədər "Turan Tovuz"da çıxış edəcək. Xəyal ötən mövsümü də bölgə klubunda keçirmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media