Polşada Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv”la qarşılaşan “Qarabağ” ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın aparıcı üzvü Marko Veşoviç sıradan çıxıb.
Son məşqdə hava mübarizəsi zamanı yerə pis yıxılan montoneqrolu futbolçu ciddi zədə alıb.
Həkimlərin ilkin qənaətinə görə futbolçu ən azı 5 ay yaşıl meydanlardan uzaq qalacaq. Məhz bu səbəbdən Veşoviç bu günkü oyunda iştirak etmir.
Rəşad Rafiqoğlu, Bizim.Media