Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib.
29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Əzizlinin son klubu “Şamaxı” olub. O, daha əvvəl “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib.
Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Rəşad U-17 və U-19 yığmalarının şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media