"Qəbələ" ispaniyalı qapıçı Jon Ander Felipe ilə danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, hazırda klubsuz olan 28 yaşlı qapıçı "Atletik Bilbao", "Eybar", "Loqronyes" kimi tanınmış klublarda çıxış edib.
Qeyd edək ki, bölgə klubu Səlahət Ağayevin gedişindən sonra qapıçı problem yaşayır. "Qırmızı-qaralar" Nicat Mehbalıyevin xidmətində maraqlı olsa da, "Sabah" müqaviləsi davam edən futbolçusuna görə kompensasiya tələb edib.
Digər yerli qapıçı Rəşad Əzizlinin transferi də hazırda gündəmdədir.
Rəşad Rafiqoğlu, Bizim.Media