Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən ASAPES (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyası) komandası play-off mərhələsinə adlayıb.
Sonuncu turda Norveçin Elm və Texnologiya Universiteti komandasına 9:4 hesablı ilə qalib gələrək 1/4 finala vəsiqəni rəsmiləşdirib.
Rəşad Rafiqoğlu, Bizim.Media