Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşmaya üstün başlayan U-16 yığmamız, rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb. U-16 millimizin qrupdakı sonuncu oyunu iddiasız San Marino seçməsinə qarşı olacaq.
Oyun 24 iyul Bakı vaxtı ilə saat 19:30 -da baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media