Premyer Liqanın debütantı “Araz Naxçıvan” yaxın günlərdə daha bir legionerin transferini reallaşdıra bilər.
Bizim.Media xəbər verir ki, söhbət qanalı müdafiəçi Abdul Məhəmməd Kadiridən gedir.
27 yaşlı futbolçu ilə aparılan danışıqlar artıq yekunlaşıb.
Yaxın günlərdə təcrübəli oyunçu ilə rəsmi müqavilə imzalanacaq. Kadiri bu gün axsam artıq Bakıda olmalıdır. Qeyd edək ki, futbolçunun sonuncu klubu Kiyev “Dinamo”su olub.
Rəşad Rafiqoğlu, Bizim.Media