Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar”ın qardaş ölkədəki hazırlıq prosesində 3-cü sınağı Şimali Makedoniyanın “Qostivar” klubu ilə olub.
Görüş Elmar Baxşıyevin komandasının 3-1 hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.
Yoxlama oyunu 19 iyul 19:00.
“Qəbələ” - "Qostivar" (Şimali Makedoniya) - 3:1
Qollar: Əyyub Allaş, 42, Osama Xalayla, 45+1, 46
"Qəbələ": Kristof Atanqana, Murad Musayev, Lukas Afriko, Ürfan Abbasov (k), İlkin Qırtımov, Ahmed Ayzaya, Gilad Abramov, Əyyub Allaş, Ülvi İsgəndərov, Belal Auaşeriya, Osama Xalayla.
Rəşad Rafiqoğlu, Bizim.Media