Yeni mövsümün hazırlıqlarını Rusiyada keçən "Neftçi" bu gün yoldaşlıq görüşünə çıxacaq.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın rəqibi "Spartak"dır.
Moskvadakı "Otkrıtiye Bank Arena"da keçiriləcək oyuna 21:00-da start veriləcək.
Qedy edək ki, Adrian Mutunun rəhbərlik etdiyi kollektiv Rusiyadakı hazırlıq dönəmində "Matç TV" turnirində iştirak edib və "Zenit"ə (1:3), "Srvena Zvezda"ya (0:4) və "Fənərbaxça"ya (0:1) məğlub olub.
18 iyul Yoldaşlıq oyunu 21:00 "Spartak"(Moskva) - "Neftçi".
Rəşad Rafiqoğlu, Bizim.Media