“Sumqayıt” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, komanda son mövsüm Bolqarıstanın “Lokomotiv Plovdiv” klubunda çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub.
24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media