Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Bizim Media xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq. Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
15 iyul
17:00. “Qəbələ” – “Orenburq” (Rusiya)
“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası.
Rəşad Rafiqoğlu, Bizim.Media